Əməkdar artist Elza Seyidcahan İTV-də yayımlanan "3D” proqramında qonaq olub.
cenub.az baku.ws-ə istinadən xəbər verir ki, Dadaş Dadaşlinski sənətçiyə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyevin onun haqında söylədiyi "Elzaya təsadüfən salam versəm, gedib əlimi təsərrüfat sabunu ilə yuyaram” fikirlərini xatırladıb.
E.Seyidcahan Ə.Abıyevin düşüncələrinə belə reaksiya verib:
"Əhəd müəllimin o sözünü dediyini eşidəndən sonra hər yerdə onu gəzirəm ki, bağrıma basım, üzündən, əllərindən öpüm ki, getsin sabunla əl-üzünü çoxlu-çoxlu yusun. Mənə elə gəlir ki, onun əl-üzünü yumağa 72 faizlik sabuna ehtiyacı var.
Bunu o zaman demişdim. Sonra Əhəd müəllim zəng etdi ki, elə söz deməmişəm, jurnalist özündən yazıb".