Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda aptek yandı, 20 min manatlıq ziyan dəydi


Masallıda aptek yandı, 20 min manatlıq ziyan dəydi
Masallıda yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə fevralın 19-da saat 21.00 radələrində şəhərin 20 Yanvar küçəsində yerləşən aptekdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 60 kvadratmetr olan aptekin 40 kvadratmetr ərazisi içindəki dərman pereparatları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. İlkin hesablamalara görə, aptekin sahibi olan Əhməd Rüstəm oğlu Zamanova 15-20 min manat məbləğində maddi ziyan dəyib.

Hadisənin başvermə səbəbləri aparılan ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10