Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qan təzyiqi ilə dərmansız mübarizənin sadə yolları açıqlandı...



 Yüksək qan təzyiqi tromboza, insulta və ya infarkta səbəb ola bilər, buna görə də onu nəzarətdə saxlamaq vacibdir. 

cenub.az Moderator.az-a  istinadən xəbər verir ki,  “Medikforum” Rusiya portalının araşdırmasına görə, mütəxəssislər dərman qəbul etmədən təzyiqi sabitləşdirməyə kömək edəcək sadə yolları açıqlayıblar. İlk növbədə hipertoniyalı insanlar həyat tərzlərini tənzimləməlidirlər. 
Almaniyanın Manheym Universitet klinikanasının professoru Bernhard Kramerin sözlərinə görə, xəstələrə normal çəki saxlamaq  çox vacibdir. Hətta artıq 4 kilo da yüksək təzyiqə səbəb ola bilər... 

Pəhrizi "yüngülləşdirmək" tövsiyə olunur - meyvə, tərəvəz, az yağlı süd məhsulları və duzun rədd edilməsi hipertoniya ilə mübarizədə kömək edir.  Həm də fiziki aktivlik haqqında unutmamalısınız - qaçış, üzgüçülük, velosiped sürmə təzyiqi azaltmağa kömək edəcəkdir. Hər həftə cəmi 150 dəqiqəlik idman ürək və qan damarlarını gücləndirir.

Maqnezium, çuğundur şirəsi, sarımsaq və yemişan da hipertoniya ilə mübarizədə kömək edəcəkdir. Mütəxəssislər gündə 250 ml çuğundur  şirəsi və 300-500 mq maqnezium qəbul etməyi məsləhət görür - bu, qan damarlarını rahatlamağa yardım edir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10