Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Eldar Mahmudov Gülər Əhmədovanı uşaqları ilə şantaj edib – Detallar açıqlanır



Keçmiş millət vəkili Gülər Əhmədova “mandat alveri” qalmaqlından və həbs edilməsinin səbəbləri barədə maraqlı açıqlamalar verib. 

Gülər Əhmədova BBC-yə misahibəsində bildirib ki, o, iki siyasi qüvvə arasında gedən oyunun qurbanı olub. 

“Hamı çox gözəl bilir ki, iki siyasi qüvvənin bir-birinə qarşı oynadığı bir oyun var idi. Məni orada alət eləmək istədilər.  O da düzgün hesablanmamışdı. Adətən hesab edirlər ki, qadınlar zəifdirlər, onlara qarşı təzyiq vasitəsilə nəyisə onlardan almaq olar. Mən övladlarımla şantaj olunurdum”, - deyə keçmiş millət vəkili əlavə edib.

O, əvvəlcə konkret hansı siyasi qüvvə, yaxud şəxs tərəfindən şantaj olunduğunu açıqlamayıb. “Konkret siyasi qüvvə var idi, artıq indi yoxdur. Bəlkə də o adamın adını çox rahat çəkmək olar. Amma indi o adam vəzifədə deyil deyə onun adını çəkəndə deyərlər ki, yıxılandan sonra çəkir”, -deyə Gülər Əhmədova bildirib.

Lakin jurnalistin bu barədə təkrar sualından sonra Gülər Əhmədova ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini nəzərdə tutduğunu deyib.

“Yeni Sabah” xatırladır ki, “mandat alveri” qalmaqalı zamanı bu məsələnin kökündə keçmiş milli təhülkəsizlik naziri Eldar Mahmudovun hakimiyyətdəki rəqiblərini sıradan çıxarmaq planının dayandığı barədə ehtimallar səsləndirilirdi. Nəhayət, 6 ildən sonra Gülər Əhmədova bu ehtimalları rəsmən təsdiqləyib. Həmçinin bəlli olub ki, Eldar Mahmudov öz niyyətini həyata keçirmək hətta keçmiş millət vəkilini övladları ilə şantaj edirmiş.

Yenisabah.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10