Icra başçısının köməkçisi bu posta sahib oldu
Xəbər verdiyimiz kimi Masallı rayonundakı 70 saylı DSK-nın sədri Valeh Seyfullayev bələdiyyə seçkilərində yol verdiyi xətalara görə komandası ilə birlikdə cəmi 3 ay rəhbər olduğu həmin qurumun rəhbərliyindən azad edilmişdi. Bu günlərdə 70 saylı DSK-ya yeni təyinatlar olub. Belə ki, Boradigah qəsəbəsində anadan olub boya-başa çatan, bu təyinata qədər Masallı Rayon İcra hakimiyyəti Başçısının köməkçisi işləyən İlkin Hüseynov 70 saylı DSK-nın sədri təyin edilib.
70 saylı DSK-ya müavin postlarına Qarğalıq Ərazi vahidliyinin nümayəndələri sahib olub. Bu ərazi vahidinin Eminli kəndindəki məktəbin direktoru Sərxoş Hüseynov və bu ərazi vahidinin Qarğalıq kəndində yaşayan, Masallıda Demokratik İslahatlar Partiyasının təmsilçisi kimi fəaliyyət göstərən Həbibulla İbadullayev 70 saylı DSK-ın müavinləri təyin edilib.