Türkiyənin məşhur aktyoru Çağatay Ulusoya Yaxın Şərqdən görüş təklifi gəlib.
“TV8”də yayımlanan “Gel Konuşalım” verilişində bildirilib ki, yaraşıqlı aktyorun ərəb fanatları onunla görüş keçirmək niyyətindədirlər.
Çağatay gələn təklifə “hə” desə, iki milyon lirə ( 600 min manat) pul qazanacaq. Məlumatda qeyd edilib ki, görüş sevgililər gününə, yəni 14 fevrala təsadüf edəcək.
Xatırladaq ki, Çağataydan öncə eyni məbləğdə belə bir təklif populyarlıqda ondan geri qalmayan həmkarı Kıvanç Tatlutuğa gəlib. Film və serial ulduzu Burak Özçivit isə sənət yoldaşlarından daha cəld tərpənib. Beləki Özçivit Özbəkistanın paytaxtı Daşkənd şəhərində görüşdən 379 min dollar pul qazanıb. Pulu aktyora zəngin iş adamlarının həyat yoldaşları ilə ziyafətdə iştirak etdiyi üçün veriblər.
oxu.az