Ötən cümə axşamı Almaniyadakı məscidlər bütün dinlərin nümayəndələrinə və dindən uzaq olanlara qardaşlıq ab-havasının istiliyini bölüşmək və İslamla əlaqəli səhv stereotipləri dağıtmaq üçün açıq qapılar günü elan edib.
cenub.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Anadolu” Agentliyi məlumat yayıb. Almaniyanın Köln şəhərində yerləşən ən böyük məscid İslam və müsəlman adətləri ilə bağlı maraqlı suallar verən bir neçə yüz qonağı qəbul edib. Yüzlərlə yerli sakin Berlindəki Şəhidlik məscidinin qonağı olub.
Bir çoxu uşaqlarla gələn almanlar məscidlərin içərisinə baxmağa və müsəlman icmasının həyat tərzi ilə tanış olmağa dəvət edilib. Almaniyadada hamıya qapısını açmış cəmi 1000 məscidi 100 minə yaxın qonaq ziyarət edib.
Qeyd etmək lazımdır ki, Almaniyadakı 81 milyon insandan təxminən 4,7 milyonu müsəlmanlardır ki, bunlardan 3 milyonu türk mənşəlidir.