Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda polis və mülki şəxslər Müsavat başqanına hücum etdi – Saxlanılanlar var



Bu gün, oktyabrın 5-də Müsavat Partiyasının başqanı Arif Hacılı Cəlilabad rayonunda qurultay nümayəndələrilə görüş keçirərkən polisin və mülki geyimli şəxslərin hücumuna məruz qalıb.

Bu haqda “Basta”ya Arif Hacılı özü məlumat verib.

“Burada yerli təşkilatın qərargahında Cəlilabad, Masallı və Biləsuvar rayonundan olan 70-dən artıq müsavatçının iştirakı ilə toplantı keçirirdik. Mən qurultay nümayəndələrinin qarşısında təqriban yarım saat çıxış etdim. Bu zaman qərargaha 20-dən artıq polis və mülki geyimli şəxslər daxil oldu. Onlar görüşü dayandırmağımızı və rayonu tərk etməyimizi tələb etdilər. Bildirdim ki, tələb qanunsuzdur. Polislər müsavatçıları  qərargahdan çıxarmağa çalışdılar. Qarşıdurma şəraitində çıxışımı sona çatdırdım” – deyə, Arif Hacılı bildirib.

Müsavat başqanı qeyd edib ki, qərargahdan çıxdıqdan sonra onlara polis və mülki geyimli şəxslər hücum edib.

“Bizə hücum etdilər, hər tərəfdən yumurta atəşinə tutdular. Müsavat fəallarında bir neçəsi saxlanıldı”- deyə Müsavat başqanı qeyd edib. 

Arif Hacılı bu hadisəni Azərbaycan hakimiyyətinin narahatçılığında doğan özbaşınalıq kimi qiymətləndirib: “Hakimiyyət nəinki Azərbaycanın genəlində, hətta bir partiyada demokratik seçkilərin keçirilməsini istəmir, çünki demokratik seçkidən qorxur”.

Saxlanılanlar 

Cəlilabadda Müsavat başqanının müşaviri Hidayət İsmayılov, rayon təşkilatının sədri Azər Əsgər, NTK sədri Akif Bədirli və Şura üzvü Rüstəm Rüstəmovsaxlanıldıqdan sonra polis şöbəsinə aparılıblar.

Hidayət İsmayılovdan bir müddət sonra aldığımız məlumata görə, polis onlara görüşlə bağlı suallar verdikdən sonra sərbəst buraxıb: “Hal hazırda yalnız Akif Bədirli polisdədir, onun da sərbəst buraxılacağı gözlənilir. Məndən izahat istəsələr də, izahat verməkdən imtina etdim. Bildirdim ki, bizim görüşümüzə belə zorakılıqla müdaxilə edilsə də, tədbirimiz baş tutdu”.

Arif Hacılı ilə Cəlilabad rayonunda keçirilən görqşdən qayıdan partiyanın Masallı təşkilatının sədri Allahverdi Rəhimli, sədr müavini Ramiz Abdullavə bir neçə fəal Masallı rayunu ərazisində saxlanaraq, bu rayonun polis şöbəsinə aparılıb. Onlar da sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki Müsavat Partiyasının 9-cu qurultayı oktyabr ayının 12-də keçiriləcək.

basta2.com

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10