Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

LDU-nün rektoru möhürü özü ilə xaricə aparıb Buna görə müəllimlər 2 aydır maaş ala bilmir



Lənkəran Dövlət Universitetinin müəllimləri dekabr ayından bu yana əmək haqlarını ala bilmirlər. Bu barədə avropa.info-ya Unversitetin müəllimləri məlumat verib. Müəllimlər buna qəribə səbəb göstəriblər. Onların dediklərinə görə, Universitetin rektoru dekabr ayından xaricə gedib və hələ də geri qayıtmayıb. Üstəlik də, xaricə gedərkən Unversitetin möhürünü özü ilə aparıb.

"Rektor Asəf İsgəndərov möhürü də götürərək gedib xaricə. O, sənədlərə imza atmalıdır ki, əmək haqqımız bankomatlara yüklənsin. Onsuz heç kimin səlahiyyəti yoxdur ki, sənədlərə imza atsın, həm də möhürü də özü ilə apardığından bu mümkün olmur. Biz çətin durumdayıq. Onsuz da əmək haqlarımız 150 manat civarındadır. Onu da kreditə veririk. Artıq iki aydır kreditlərimizi də verə bilmirik".

Müəllimlər qeyd ediblər ki, maaşlarının verilməməsi hər hansısa iqtisadi böhranla əlaqəli deyil. Çünki unversitetlər əmək haqqlarını öz büdcələrindən ödəyirlər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10