Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiyada keçirilən Dünya Kubokunun qalibi olub.
Şahmatçımız iki 5 dəqiqəlik blits görüşlərin hər ikisində çinli rəqibi Dinq Lijeni məğlub edib.
Bununla da Teymur Rəcəbov ilk dəfə Dünya Kubokunun qalibi olan azərbaycanlı şahmatçı adını qazanıb.
Qeyd edək ki, Teymur Rəcəbov bu nəticə ilə 110 min dollar qazanıb. Onun çinli rəqibinə isə 80 min dollar veriləcək.
17:40
Teymur Rəcəbovun Dinq Lijenlə görüşü sülhlə başa çatıb.
10 dəqiqəlik iki blits partiyalarda qalib müəyyənləşməyib.
Qaydalara görə, tərəflər indi iki 5 dəqiqəlik blits partiyalarda güclərini sınayacaqlar.
16:33
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında tay-breykə start verilib.
Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmaq üçün çinli Dinq Lijenlə üz-üzə gəlir.
Artıq şahmatçımız “rapid”də 25 dəqiqəlik iki partiya keçirib. Hər iki görüş heç-heçə başa çatıb.
Bu səbəbdən bir azdan tərəflər 10 dəqiqəlik iki blits partiyasına start verəcək.
Qeyd edək ki, qalib 110 min dollar pul qazanacaq.
oxu.az