İngiltərədə bir qadın özünə həyat yoldaşı seçmək üçün heç kimin ağılına gəlməyəcək bir üsulu seçincə, medianın da gündəminə gəlib.
İngiltərədə 4 dəfə evlənərək boşanan 58 yaşlı Katya adlı qadın on il öncə bir qəsəbəyə köçüb. Onunla evlənmək istəyən kişilər üçün isə ağılagəlməz bir şərt qoyub. Qadın bildirib ki, onunla evlənmək istəyən kişi qoyun otarmalı və onları problemsiz tövləyə salmalıdır.
Müsabiqə nəticəsində bunu 74 yaşlı kişi qazanıb. Artıq Karl adlı adam Katyayla evlənəcək.
İngiltərədə "Ölkədə sevgi" reytinq şousuna dəvət alan qadın buna on il tək yaşadıqdan sonra qərar verdiyini bildirib. Proqram izləyiciləri və sosial şəbəkə istifadəçiləri ona dəstək olublar.