Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sifilis xəstələrinin bölgələr üzrə sayı açıqlandı - STATİSTİKA





Mingəçevir şəhəri üzrə 19, Yevlax rayonu üzrə 21, Ağdaş rayonu üzrə isə 10 nəfərdə sifilis xəstəliyi aşkarlanıb.

cenub.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda pilot layihə çərçivəsində İcbari Tibbi Sığortanın tətbiq edildiyi üç region - Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları üzrə nəticələr qeyd olunub.

Belə ki, Ağdaş rayonu üzrə dörd nəfərdə, Yevlax rayonu üzrə isə beş nəfərdə brusselyoz xəstəliyi aşkarlanıb. Mingəçevirdə sözügedən xəstəlik üzrə heç bir hal qeydə alınmayıb. 

Mingəçevir şəhəri üzrə bir, Yevlax rayonu üzrə on, Ağdaş rayonu üzrə səəkkiz nəfərdə viruslu hepatit xəstəliyi aşkarlanıb.

Bundan başqa, Mingəçevir şəhəri üzrə 19, Yevlax rayonu üzrə 21, Ağdaş rayonu üzrə isə 10 nəfərdə sifilis xəstəliyi qeydə alınıb.

Daha çox cinsi yolla yoluxan infeksiyalar sırasında olan qonokok xəstəliyinə yoluxma halları isə Mingəçevir şəhəri üzrə 11, Ağdaş rayonu üzrə 16 nəfərdə qeydə alınıb. Yevlax rayonu üzrə bu xəstəliyə yoluxma aşkarlanmayıb.

Mingəçevir şəhəri üzrə ümumilikdə qeydə alınan bütün xəstəliklərin sayı 19,380 təşkil edir. Onlardan 231-i qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqların, 689-u endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqlarının, 2,907-si əsəb sistemi və hissiyyat orqanları xəstəliklərinin, 1020-si qan dövranı sistemi xəstəliklərinin, 6366-sı tənəffüs orqanları xəstəlikləri, 2449-u həzm sistemi xəstəliklərinin, 78-i dəri və dərialtı toxumaların xəstəliklərin payına düşür.

Ağdaş rayonu üzrə ümumilikdə 31,493 xəstəlik qeydə alınıb. Onlardan 1735-i qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqların, 293-ü endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqlarının, 1809-u əsəb sistemi və hissiyyat orqanları xəstəliklərinin, 3888-i qan dövranı sistemi xəstəliklərinin, 13,147-ü tənəffüs orqanları xəstəliklərinin, 3545-i həzm sistemi xəstəliklərinin, 419-u dəri və dərialtı toxumalarının, 590-ı isə sümük- əzəzlə sstemi və birləşdirici toxumaların payına düşüb.

Yevlax rayonu üzrə ümumilikdə qeydə alınan bütün xəstəliklərin sayı 12,826 olub. Onlardan 231-i qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqların, 1838-i endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqlarının, 2,907-si əsəb sistemi və hissiyyat orqanları xəstəliklərinin, 1020-si qan dövranı sistemi xəstəliklərinin, 2794-ü tənəffüs orqanları xəstəlikləri, 2449-u həzm sistemi xəstəliklərinin, 78-i dəri və dərialtı toxumalarının payına düşüb.

Əhalinin hər 10.000 nəfərinə düşən xəstəliklərə görə, yenitörəmələrin sayı Mingəçevir şəhəri üzrə 18.4, Yevlax rayonu üzrə 10.4, Ağdaş rayonu üzrə isə 7.4 təşkil edib.

Sifilis xəstəliyinin sayı əhalinin hər 100.000 nəfərinə görə Mingəçevir şəhəri üzrə 18.1, Yevlax rayonu üzrə 16.4, Ağdaş rayonu üzrə isə 9.2 olub.

Eyni zamanda, viruslu hepatit xəstəliyinin sayı əhalinin hər 100.000 nəfərinə görə Mingəçevir şəhəri üzrə bir, Yevlax rayonu üzrə 7.8, Ağdaş rayonu üzrə isə 7.3 təşkil edib. 

Xatırladaq ki, sözügedən xəstəliklərlə bağlı qeyd olunan rəqəmlər Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən 2018-ci üzrə göstəricilər əsasında hazırlanıb. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10