Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İki masallılı müəllim Əməkdar müəllim adına layiq görüldü Onlar Jalə Seyfullayeva və Əlipənah Həsənovdur



Əlipənah Həsənov 1984-cü ildə APİ-nin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 

Əmək fəaliyyətinə Masallı rayonunun Ərkivan qəsəbə orta məktəbində başlamışdır. 

Sonra Bakı şəhərində "Zəkalar"liseyində işləmişdir. 

2006-cı ildən Bakı şəhərində Heydər Əliyev adına liseydə tarix müəllimi işləyir.

2013-cü ildə Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi adına layiq görülmüşdür. 

3 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərancamı ilə "Əməkdar müəllim" fəxri adını almışdır.

2004-cü ildən etibarən DİM ilə əməkdaşlıq edir.

Əlipənah müəllim ölkənin ən qabaqcıl  tarix müəllimi kimi yeni, daha mütərəqqi iş formalarından yiyələnərək yüzlərlə şagirdin sevimlisinə çevrilib.

 

Seyfullayev Jalə Adəm qızı

 

Ölkə başçısının sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülən 2-ci masallılı müəllim isə rayonun Şərəfə kənd tam orta məktəbinin riyaziyyat müəllimi Jalə Seyfullayevadır. (“Qızılbaş” ləqəbi ilə tanınan rəhmətik Adəm müəllimin qızı).

 

 

Jalə Seyfullayeva 1962-ci  ildə  Şərəfə  kəndində anadan olub. 1985-ci ildə BDU-nun Mexanika fakultəsini bitirib.

Uzun müddətdir ki, doğma Şərəfə məktəbində çalışır. Uğurlu fəaliyyətinə görə 2016-ci ildə Təhsil nazirliyinin Fəxri fərmanı, 2017-ci ildə isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Dərs prosesində elektron vasitələrdən geniş istifadə edir. Arzusu, hər şagirdin kompüteri olsun ki, bu imkanlardan hamı faydalana bilsin.

Jalə müəllimə 1500-dən artıq açıq və qapalı testlər hazırlayıb ki, dərs prosesində onlardan müntəzəm istifadə edir.

J. Seyfullayevanın bu ilki nəticələri olduqca uğurlu olub. 

Belə ki, Şərəfə tam orta məktəbinin bu ilki məzunlarından ali məktəbə qəbul olunan 18 nəfərin 14-ü onun rəhbərlik etdiyi sinfin yetirməsidir. Həmin 14 nəfərdən 4-ü Şalə müəllimin tədris etdiyi riyaziyyat fənnindən maksimum-100 faizlik nəticə göstərib.

Ailəlidir, 1 övladı var.

Hər iki müəllimizi fəxri ad almaq münasibəti ilə ürəkdən təbrik edirik.

Qeyd: Bu vaxta qədər 15 nəfər masallılı Əməkdar adına layiq görülüb. Onlardan 4-ü Ərkivanın payına düşür- Əfsər Məmmədov, Firdovsi Əliyev, Dadaşbala Duniyev və Əlipənah Həsənov.

 

Sonda isə bu vaxta qədər Masallı müəllimlərindən Əməkdar Müəllim adına layiq görülənlərin tam siyahıını diqqətinizə çatdırırıq:

Təltif olunmuş müəllimlər haqqında məlumat:

 

sn

Soyadı və adı

İş yeri, vəzifəsi

Hansı  ada layiq görülüb:

1.  

Məmmədağa Məmmədov

Boradiga 2 saylı tam o/m sabiq müəllimi

“Əməkdar Müəllim” fəxri adı

2.  

Əhməd Məmmədov

“Dəfinə” m/liseyn müəllimi

“Əməkdar Müəllim” fəxri adı

3.  

Əfsər Məmmədov

Ərkivan 2 saylı tam o/m sabiq müəllimi

“Əməkdar Müəllim” fəxri adı

4.  

Əşrəf Möhsümov

Şərəfə tam o/m sabiq müəllimi

“Əməkdar Müəllim” fəxri adı

5.  

Musarza Ağayev

Mahmudavar tam o/m müəllimi

“Əməkdar Müəllim” fəxri adı

6.  

Nəriman Hüseynov

Boradiga 1 saylı tam o/m sabiq müəllimi

“Əməkdar Müəllim” fəxri adı

7.  

Əlniyaz Talıbov

Dəfinə -məktəb liseyinin riyaziyyat  müəllimi

“Əməkdar Müəllim” fəxri adı

8.  

Qurban Qurbanov

Türkoba tam o/m müəllimi

“Əməkdar Müəllim” fəxri adı

9.  

Azadxan Paşayev

Qızılavar tam o/m müəllimi

“Əməkdar Müəllim” fəxri adı

10.  

Sərxoş Nuriyev

Eminli kənd tam o/m direktoru

“Əməkdar Müəllim” fəxri adı

11.  

Mirqabil Hüseynov

Şəhər 1 saylı tam orta məktəbin direktor müavini

“Əməkdar Müəllim” fəxri adı

12.  

Duniyev Dadaşbala Ağayar

Ərkivan qəsəbə 4 saylı tam orta məmtəbin riyaziyyat müəllimi

“Əməkdar Müəllim” fəxri adı

13.  

Dəyyanov Firdovsi Sübhan

Dəfinə -məktəb liseyinin riyaziyyat müəllimi

“Əməkdar Müəllim” fəxri adı


            






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10