Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Brilliant Dadaşova “Para-para” oxuyub, göz qamaşdırdı - VİDEO



Xalq artisti Brilliant Dadaşovanın bir neçə ay bundan öncə Türkiyədə çəkdirdiyi “Para-para” adlı klipi işıq üzü görüb. 

Ekran işi “Youtube” videohostingin “NetD” musiqi platformasında yayımlanıb.

Bəstənin sözləri sənətçinin özünə, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Dəbli görünüşü ilə klipdə göz qamaşdıran Dadaşovanın stili və imici üzərində Elnur Həsənov çalışıb. Ekran işinin rejissorluğu Erkan Nasına həvalə olunub. Klip “Youtube”a yükləndikdən sonra on bir mindən artıq izləyici toplayıb. 

Qeyd edək ki, qardaş ölkənin bir çox media qurumları B.Dadaşovanın bu layihəsini geniş şəkildə işıqlandırıblar. Sözügedən ekran işinin Türkiyənin musiqi kanallarında da nümayiş olunacağı bildirilib. 
moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10