Dünən ölkə mətbuatının yaydığı məlumata görə, Ermənistanla sərhəddə təxribat torədilib və Azərbaycan vətəndaşı, mülki şəxs həlak oldu.
Məlumatda bildirilirdi ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat törədilib.
DSX-dən verilən məlumata görə, 2 oktyabr saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.
Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Alışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunsa da, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.
cenub.az bildirir ki, həlak olan şəxs Masallı rayonunun Güllütəpə İnzibati Ərazi Dairəsində yerləşən Əmirtürbə kəndinin sakinidir.
Səfəralı Alışov bu gün doğma kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Masallı Rayon İcra hakimiyyətinin Başçısı Rafil Hüseynov olmaqla rayon ictimaiyyətinin nümayəndəsi iştirak edib. Həmçinin DSX-nin rəis müavini dəfn mərasimində iştirak etmişdir.
Onu da bildirək ki, Səfəralı Alışovun 61 yaşı olub. Uzun müddət, 15 ildən artıq imiş ki, sərhəd qoşunlarında tikinti işləri aparan şirkətdə çalışırmış. Qazax rayonuna isə 5-6 ay öncə getmişdi. Bir neçə övlad atasıdır.
S. Alışov bu ilin aprel ayında Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunmuşdu.
Dəfn mərasimində şəkilləri təqdim edirik.