Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bella Köçəryan Putindən ərinin azadlığa çıxarılması üçün vasitəçi olmasını istəyib...”





















Rusiya lideri V. Putinin Yerevana son  səfəri zamanı Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşünə dair  heç bir tərəfdən rəsmi məlumat  hələ də yayılmayıb.

Rusiyanın  Ermənistandakı səfirliyinin sözçüsü Aleksandr Quçkov baş nazir N.Paşinyana yaxın "Haykakan Jamanak" portalınını sualına cavab olaraq Rusiya Prezidenti Vladimir Putinin dünən Rusiya səfirliyində Robert Köçəryanın arvadı Bella Köçəryanla görüşdüyünə dair mətbuatda yayılan məlumatlara münasibət bildirmək istəmədiyini söyləyib.
.
Dünən Putinin səfirliyi ziyarət edib-etmədiyini soruşduqda isə Quçkov belə cavab verib: 

“Mən bu barədə də açıqlama verməyəcəm ... Bu, bizim mövqeyimizdir. Şərh verməyəcəyik... ”

R.Köçəryanın sözçüsü Viktor Soqomonyan isə görüşün baş tutduğunu təsdiqləsə də, lakin əlində heç bir detal və şərh olmadığını söyləyərək digər suallara cavab verməkdən imtina edib.

“Haykakan Jamanak” görüşün Bella Köçəryanın  xahişi ilə baş tutduğunu və bir neçə dəqiqə davam etdiyini öyrənib. Güman edilir ki, Bella Köçəryan Rusiya prezidentindən ərinin azadlığa çıxarılması üçün vasitəçi olmasını istəyib. 

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10