Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

...DƏHŞƏTLİ ETİRAF — "Məni meşədə zorlamaq istəyirdi"



“Qafqaz əsiri” filminin baş qəhrəmanı Natalya Varley başına gələn hadisə barədə danışıb.


Rusiya mətbuatı xəbər verir ki,  bir dəfə onu  taksi ilə oğrulayaraq, dağlara aparıb zorlamaq istəyiblər:

"Bu, filmdən süjet deyil, həqiqətən başıma gələn hadisədir. Hər dəfə bu anı xatırlayarkən hələ də dəhşətli anlar yaşayıram. Bu, yuxu deyil, həyatda başıma gələn real hadisədir. Məni həqiqətən oğurladılar”.

Hadisənin Rusiyanın Kislovodsk şəhərində baş verdiyini qeyd edən aktrisa deyib ki, çəkilişdən gec çıxıb və hadisə də bundan sonra baş verib:

“Gec olduğundan dayanacaqda avtobus yox idi. Qarşıda polisin dayandığını görüb ona yaxınlaşdım və “Narzan” otelinə necə gedə biləcəyimi soruşdum. Post-patrul xidmətinin əməkdaşı dedi ki, elə də uzaq deyil. O yaxınlıqdakı taksi sürücüsünə "Valeriy xanımı apar da..." dedi. 

Taksi sürücüsü çox hörmət-izzətlə “Volqa”nın ön qapısını açaraq “Buyurun!” söylədi. Mən çox razı halda əyləşərək öz-özümə dedim ki, necə də nəzakətli insanlardır! Və taksi yerindən tərpəndi”.

Aktrisa deyib ki, yorğun olduğundan onu yuxu aparıb: “Bir də taksi dayananda ayıldım. Ətrafa baxıram, hər tərəf dağ, meşə. Mən öz çantamdan möhkəmcə yapışdım. Fikirləşdim ki, məndən pul tələb edəcək. Ancaq onun fikrinin başqa olduğunu gördüm.

O məni zorlamaq istəyirdi və mən də ona müqavimət göstərirdim. O dedi ki, onsuz da səni zorlayıb, öldürəcəyəm. Bu barədə heç kimin xəbəri də olmayacaq. O əlimdəki çantanı alıb içindəkilərə baxmağa başladı. Dedi ki, görüm möhkəmcə əlində tutduğun çantada nə var?  Orada mənim pasportum var idi və onu açıb baxdı: “Ax, mən axmaq Valeriy?! Aktrisa?! “Qafqaz əsiri”?! bunu deyib öz əli ilə özünü döyəcləyirdi. Necə oldu ki, mən səni tanımadım. Bağışla! Bağışla! Mən də qorxudan bir söz deyə bilmədiyimdəm ancaq başımı yellələyirdim. O məni otelə gətirdi. Özümə ancaq otel otağında gəldim. İstədim ki, polisə zəng edim. Ancaq bir az öncə baş verən hadisəni yadıma saldım. Dedim axı, məni taksiyə məgər polis əyləşdirmədimi? Düşündüm ki, taksi sürücüsü Valerinin polisdə yetərincə tanışı var və onlar ona aradan çıxmağa yardım edəcəklər. Fikirləşdim və fikrimdən vaz keçdim. Düşündüm ki, sağ qalmışam, yetər. Odur-budur tanımadığım taksiyə minmirəm”.

ölkə.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10