Çilinin Kalbuko şəhərində yerli fermer balıq itkisi ilə üzləşib.
“RİA Novosti” xəbər verir ki, balıqlar fermadan qaçaraq yaxınlıqdakı su anbarına doluşub.
Yerli sakinlər su hövzəsində xeyli sayda balıq aşkar edərək bu haqda sosial şəbəkələrdə yazıblar.
Daha sonra mütəxəssislər 30 mindən artıq balıqın “qaçış” etdiyini müəyyən ediblər.
Hazırda fermanın çəpərində olan qəza aradan qaldırılıb və yeni təhlükəsizlik tədbirləri həyata keçirilir.
(oxu.az)