Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda polis mayorunun başına "pul qoyuldu" - Öldürənə 10 000 manat veriləcək - FOTOFAKT



"Facebook" sosial şəbəkəsində "Evez VAhidovic” profilini işlədən naməlum şəxs Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisini ölümlə təhdid edib. Adıçəkilən profil polis mayoru Elşad Hacıyevin şəklini paylaşaraq, "Kim bunu öldürsə, 10.000 manat pul verəcəm” yazıb.
Məsələ ilə bağlı lent.az-a münasibət bildirən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi mayor Elşad Hacıyev, barəsində paylaşılan məlumatı cəfəngiyyat adlandıraraq fikir bildirməyəcəyini vurğulayıb.
Qeyd edək ki, həmin profil əvvəlki paylaşımlarda da eyni elanı verərək mətbuat xidmətinin rəisini vətən xaini adlandırıb. Profilin saxta olub-olmadığı məlum deyil.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10