Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qadın can verən kişi ilə nikaha girdi, işə polis qarışdı



Rusiya Federasiyasının Kemerov bölgəsində ölüm ayağında olan kişi ilə bağlanmış nikahı etibarız elan ediblər. Bu barədə Kuzbass prokuraturasının rəsmi saytında məlumat verilib.

2017-ci ilin iyul ayında vilayətin Taştaqol rayonunun VVAQ şöbəsinin rəhbəri öz tanışı olan xanımla ölməkdə olan kişi arasında onun razılığı olmadan nikah qeydə alıb. Nikaha daxil olan ər huşsuz vəziyyətdə xəstəxanada yatırmış. O, nikahın səhəri günü vəfat edir.

Prokuraturanın versiyasına görə, qanunsuz nikaha girən qadın ailə qurmaq planlaşdırmayıb. Fırıldaqçı qadın öldükdən sonra kişinin əmlakını ələ keçirmək üçün bu yola əl atıb.

Faktla bağlı açılan cinayət işini özünə qarşı hörmətsizlik hesab edən qadın ona dəyən mənəvi ziyana görə, hüquq-mühafizə orqanlarından 100 min rubl (2620 manat) təzminat da istəyib.

Məhkəmənin nəticəsinə görə, nikah etibarsız sayılıb. Nikahı qeydə alan məmur isə 10 min rubl məbləğində cərimə olunub.
(moderator.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10