Lerikdə qaz xəttini zədələyiblər
Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
Məlumatda qeyd olunub ki, qəza zamanı qaz xəttinin üzərindəki siyirtmə də yararsız hala düşüb.
Baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb.
Bu gündən bərpa işlərinə başlanılacaq.
(ayna.az)