Ermənistan mətbuatı xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko da İrəvana gəlib.
“Belarusun Ermənistana qarşı siyasəti heç vaxt dəyişməyəcək: biz hər zaman Sizə doğmalarımız, qardaşlarımız kimi baxacağıq."
Armenpress BelTA-ya istinadən xəbər verir ki, bu sözləri bu gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.
“Mən Ermənistandakı vəziyyəti Belarusa münasibət baxımından yaxından izləyirəm. Bilirəm ki, ermənilər ona həmişə yaxşı münasibət göstəriblər " - Aleksandr Lukaşenko deyib.
O, Belarusun Ermənistan ilə münasibətlər qurmaqda maraqlı olduğunu, xüsusən də iki xalqın oxşar tarixə malik olduğunu vurğulayıb.
(moderator.az)