Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məhbubə Şahbazova layihə çərçivəsində istedadlara necə dəstək verəcək? Artıq 600-ə yaxın şagird ilk seçimə qatıldı



Təhsil Nazirliyinin keçirtdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi"nin qalib layihələrindən olan "İstedadlara dəstək" layihəsinin seçim turu uğurlu olub.
Masallı şəhər 4 saylı Digah tam orta məktəbində baş tutan seçim turunda rayonun bütün ümumtəhsil məktəblərindən 600-ə yaxın şagird iştirak etdi.

6,7.8-ci siniflərdən olan məktəblilər riyaziyyat ,fizika və məntiqdən öz biliyini sınaqdan keçirdilər.

Nəticələr elan olunduqdan sonra hər fəndən 20 nəfər olmaqla olimpiada dərslərinə başlayacaqlar.

Layihənin kəşf etdiyi istedadlı şagirdlərə rayonun təlim nailiyyətləri yüksək olan müəllimlər dərs keçəcəklər.


Layihə Masallı rayonunun ümumtəhsil məktəblərini əhatə edəcək.

Məqsəd riyaziyyat və fizika fənlərindən Masallı rayonu üzrə yüksək hədəflərə nail ola biləcək olimpiadaçılar yetişdirməkdir.



Layihə müəllifi, rayonunun fədakar pedaqoqlarından biri, Bədəlan tam orta məktəbinin direktor müavini  Məhbubə Şahbazova bu barədə əməkdaşımıza aşağıdakıları bildirib: 

- Masallı rayonunun respublika fənn olimpiadalarında son 3 il ərzində göstərdiyi nəticələrdən görünür ki,

rayonda bu istiqamətə maraq çoxalmış, medalçılarımızın sayı artmışdır.
"İstedadlara dəstək"layihəsindən də gözləntilərimiz çoxdur.

Bu layihə şagirdlərin adı çəkilən fənlərdən bilik səviyyəsini artıracaq, onlarda test və açıq tipli suallarla işləmə bacarığını inkişaf etdirəcək, özünə inamı daha da artıracaqdır.
Əsas gözləntilərimiz nədir?

Əslində hər bir uşaqda özünü göstərə bilməyən maraqlı yaradıcılıq qabiliyyəti var.

Şagirdin istedadını isə vaxtında görmək, aşkara çıxarmaq lazımdır. İstedadlı uşaqlar başqalarından fərqli olaraq çevik və yaradıcı olurlar, başqalarına nisbətən daha çox çalışırlar. Ona görə də bu layihə istiqamətində görüləcək tədbirlər, əlavə məşğələlər, dərslər gələcək olimpiadaçıların uğur qazanmasına motivasiya olacaqdır.

Layihənin rəhbəri Məhbubə Şahbazova daha sonra bildirmişdir ki,keçən il Lənkəranda Təhsil Nazirliyinin innovasiyalar sektorunun müdiri Orxan Abbasovun iştirak etdiyi qrant layihələrinin yekunu barədə bir tədbirdən evə qayıdanda yol boyu ancaq düşüncəmdə bu barədə fikirləşirdim. Layihəmi həyata keçirəcəyim təqdirdə neçə istedadlı şagirdin potensial imkanlarını müəyyən etməyə yardımçı ola biləcəyəm düşünürdüm. Və arzu artıq reallaşmaq üzrədir. Layihəni qazandım və hazırda onun icrasına başlamışıq.


"Cənub xəbərləri" layihə qalibi kimi haqqımda ilk yazı dərc edən saytdır. Bu diqqətə görə böyük təşəkkürümü bildirirəm. 2018-2019-cu  dərs ili mənim həyatımda, peşə taleyimdə xoş, sevindirici izlər qoyub. Təhsil Nazirliyinin "Təhsildə keyfiyyət ili"çərçivəsində keçirtdiyi Pedaqoji mühazirələrdə daha bir uğur qazandım.

Təhsil sistemində davamlı islahatlar baş verir. Daim yenilik axtarışındayam, sağlam rəqabəti ürəkdən dəstəkləyirəm.
Çalışıram ki,fəaliyyətimlə təhsilə layiqli töhfələr verim.

Hazırladı: Fidan Abbaslı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10