Dağıstanın Dərbənd şəhərində yerli stadionda keçirilən çoxmillətli toy Ginnesin rekordlar kitabına düşüb.
“Derbentskiye novosti” xəbər verir ki, Dağıstanda yaşayan 16 milləti təmsil edən 30 cütlük toy edib, mərasimə isə 10 mindən artıq qonaq gəlib.
Mərasim eyni zamanda 2 dünya rekordunu təzələyib və Ginnesin rekordlar kitabına düşüb.