RİA Novosti xəbər verir ki, Tatarıstanda qadınla kişi əlbir olub kişiləri saunaya dəvət edir, ələ keçirdikləri kişiləri zorlayıb, sonra da şantaj yolu ilə pul tələb edirmişlər.
Proses qadından başlayıb. Deməli, qadın sosial şəbəkələrdə qurbanlar axtarır və kişiləri saunada birlikdə dincəlməyə dəvət edirmiş. Sonra kişi dostu da saunaya gəlir və cütlük kişiləri bıçaqla hədələyərək təcavüz edib videoya çəkir, sonra da onu şantaj edərək pul tələb edirlər.
Sonuncu dəfə zorlanan kişidən 18 min rubl tələb edəndə o hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma zamanı məlum olub ki, cinayətkarlar ən azı üç kişini bu yolla zorlayaraq şantaj ediblər.
İstintaq tamamlanıb və iş Naberejnıe Çelnı şəhər məhkəməsinə göndərilib.