Kriminal aləmin tanınmş nümayəndələrindən olan Qela Qalski amnistiyaya düşüb.
Cebhe.info xəbər veir ki, 45 yaşlı “qanuni oğru” Belarusda amnistiyaya düşən 2 min məhbusdan biri olub. Prezident Aleksandr Lukaşenko ölkənin faşistlərdən azad edilməsinin 75-ci ildönümü münasibətilə amnistya aktını imzalayıb.
Bu, ölkədə “qanuni oğru”nun prezidentin humanistliyindən yaralandığına dair ilk hadisədir. Beləliklə “qanuni oğru” ona təyin edilən 36 ayı yox, cəmi 20 ayı içəridə keçirib. Həbsdən çıxmazdan əvvəl isə ona artıq İstanbula bilet alınıbmış .
Həbsdən sonra onun da “böyük oğru siyasəti”nə qayıdacağı istisna deyil. Təəccüblənməyin, oğruların da öz siyasəti var və burada tərəfsiz olmaq mümkün deyil. İndi Qela da tərəfini seçməlidir. Ya həbsdə olan Kürd Şakronun tərəfində olacaq, ya da ona qarşı çıxanların sırasını gücləndirəcək.
İndi bir çoxları Qelanın “Lotu Quli” ilə yaxınlaşacağına mümkün iş kimi baxır. Baxmayaraq ki, olduqca qalmaqallı işlərdə adı çəkilən Qela indiyə qədər bir dəfə də olsun “Lotu Quli” ilə görüşə nail olmayıb, ancaq bu, gələcək yaxınlaşma üçün maneə deyil. “Lotu Quli” üzünü görüb, səsini bircə dəfə də olsun eşitmədiyi bu adama nə qədər güvənəcək? Bunu gələcək göstərəcək.
Amma ümumi düşmənə qarşı birləşmək siyası metoddur və “oğru”lar da zaman-zaman bundan isitfadə edirlər.