Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tehran-İrəvan "qardaşlığı" sərhəd tanımır: İran işğalçıya qucaq açmaqdan məmnundur...





Ermənistan rəhbərliyinin BMT Baş Assambleyasının 74-cü sessiyasında fəal görüşlər keçirməkdə davam edir. 

BMT-nin mənzil qərargahında İranın xarici işlər naziri Cavad Zəriflə Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.























Görüş zamanı İranın erməni icmasının iki xalqı və dövləti birləşdirən güclü körpü kimi mühüm rolu vurğulanıb.

Xəbərdə deyilir ki, Mnatsakanyan və Zərif müxtəlif səviyyələrdə görüşlərin və təmasların vaxtaşırı keçirilməsini yüksək qiymətləndirərək Ermənistan-İran dostluq münasibətlərinin perspektiv gündəliyinə də toxunublar. Bununla əlaqədar olaraq, Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyi sammitinin işini və sammitdə İran prezidenti Həsən Ruhaninin də iştirak edəcəyini qeyd ediblər.

Ermənistan və İranın xarici işlər nazirləri bir sıra aktual regional və beynəlxalq məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğulayıblar.

(moderator.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10