Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Quran oxuyan qız” əsəri 44 milyona satıldı - FOTO


Türkiyəli rəssam Osman Hamdi Beyin 1880-ci ildə hazırladığı “Quran oxuyan qız” əsəri rekord qiymətə satılıb. 

NTV xəbər verir ki, əsər 44 milyon türk lirəsinə (təxminən 13,2 milyon AZN - red.) satılıb. 

Əsər Türkiyənin ən bahalı rəsm əsəri olub. Tanınmış rəssamın bundan əvvəl “Tısbağa tərbiyəçisi” 5 milyon türk lirəsinə (təxminən 1,5 milyon AZN - red.), “Yaşıl məscidinin qabağı” əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN - red.) satılıb. 

Budəfəki əsər Londonun Bohams muzeyində hərraca çıxarılıb. 

(oxu.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10