Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Neymar “Barselona”nı məhkəməyə verib



Futbolçu klubun ona 10.5 milyon funt sterlinq dəyərində borcunun olduğunu iddia edir

 

Fransada futbol karyerasına davam edən ulduz futbolçu Neymar, bununla yanaşı, “Barselona” klubundan uzaqlaşa bilmir. Xarici mətbuata istinadən xəbər veririk ki, futbolçu bu gün səhər saatlarında “Barselona”ya gəlib.

 

Neymar Fransanın PSJ klubuna transfer olmasına baxmayaraq, Kataloniya klubu ilə bağlanmış keçmiş müqavilələri yenidən gündəmə gətirib. “Barselona” klubu isə buna qarşılıq olaraq braziliyalı futbolçuya 12.5 milyon funt sterlinq məbləğində “sədaqət bonusu” ödəyib.

 

Lakin Neymar “Barselona”nın ona 10.5 milyon funt sterlinq dəyərində başqa bir borcunun olduğunu da iddia edib. Klub isə bu müqavilələrdən meydana gələn bonusların, Neymarın 2022-ci ilə qədər klubda qalacağı təqdirdə ödənəy biləcəyini bəyane dib.

 

Futbolçu bu səbəbdən məhkəməyə müraciət edib və atası ilə birlikdə Kataloniyaya gəlib.

(ayna.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10