Ələt-Astara dəmiryolu xəttinin tikintisi ilə bağlı olaraq dəmiryolun keçəcəyi ərazlilərdə əhalidən və bələdiyyələrdən torpaqlar satın alınacaq.
Bununla bağlı Nazirlər Kabineti xüsusi qərar imzalayıb.
Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə xüsusi qərar imzalayıb. Sənəddə qeyd olunur ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilsin.
“Azərbaycan Dəmir Yolları” QSC bu qərarın 1-ci hissəsində göstərilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin. Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilsin.
(olke.az)