Xarici mətbuat xəbər verir ki, yaxın gələcəkdə Rusiya hökuməti humanitar proqramların icrası üçün Ermənistana təxminən 20 milyon dollar vəsait ayrılması barədə qətnamə qəbul edəcək.
Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.
“Davamlı məktəb qidalanması sisteminin yaradılması üçün layihənin növbəti mərhələsini maliyyələşdirmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Fondu vasitəsilə 18 milyon dollara qədər vəsait ayrılacaqdır. Bu təşəbbüsün bir hissəsi olaraq 2016-cı ildən 2019-cu ilə qədər20 milyon dollardan çox vəsait ayrılıb.
Geqarkunik və Vayotsdzor bölgələrində iqtisadi inkişafı təşviq etmək üçün daha 2,8 milyon dollar ayrılacaq”.
P.S. “Rusiya ilə Ermənistan arasında narazılıq var”- deyənlərin nəzərinə çatdırırıq ki, bu layihəyə əsasən Rusiya bütövlükdə Ermənistana 75 milyon dollar ayırmağı planlaşdırıb.
(moderator.az)