Müasir ailələrin bir nömrəli problemi qısa müddətdən sonra bir-birindən soyuma və ikisindən birinin seksdən uzaqlaşmasıdır. Bu gün seksoloq, həkim və psixiatrların qapısı ən çox bu səbəbdən döyülür.
Azərbaycanda isə ailədə intim münasibətlər yoxa çıxanda nə ər, nə də arvad seksoloq və psixoloq qapısı tanımadığı və ya utandığı, yaxud da buna verəsi pulu olmadığı üçün üz tutduqları qapı məhkəmə qapısı olur.
Medicina.az son sosial və elmi araşdırmalar nəticəsində ailədə seksin yoxa çıxmasının ən aktual səbəblərini və çıxış yollarını təqdim edir.
1.Fizioloji səbəblər
Hormonal sistem seksual istəyə çox təsir edir. Qadınlarda menstrual tsikl öncəsi, vaxtı və sonra (bu təxminən 10 gün çəkir) ya çox ehtirasla seks arzulayır, ya da əksinə, tamamilə kişini iqnor edir, hər şeyə marağı itir.
Kişilərdə və qadınlarda aşağıdakı fizioloji səbəblərdən cinsi istəksizlik ola bilər: xəstəlik, hamiləlik, stress vəziyyəti, arıqlama, kökəlmə.
Əgər bu kimi səbəblər yoxdursa, deməli səbəb münasibətlərdəki uyğunsuzluq və psixolojidir.
Araşdırmalar göstərib ki, son illər daha çox qadınlar kişilərin cinsi istəksizlik və iqtidarsızlığından şikayətlənir. Kişilər isə əksinə öz istəksizliklərində belə qadınları günahlandırırlar.
Daimi yorğunluq, işdə gərginlik, stress, maddi sıxıntı, eləcə də kişi hormonlarının pozulması kişiyə təsir edir.
Nə etməli: Harmonik və bir-birini anlayan ailələrdə kişi və qadın bir –birinin problemli vaxtlarını nəzərə alır, bir-birinə uyğunlaşır və seks üçün qrafik qurur. Məsələn, kişi təqvimdə qadının menstrual dövrünə düşməyən günləri qeyd edir, öyrənir, müzakirə edirlər ki, bu atın filan həftələrində bizim seks günlərimizdir. Və bundan nə kişi, nə qadın boyun qaçırmır, səbəb nə olursa olsun.Əskinə bu bir qədər həyəcanlandırıcı oyuna çevrilir.
2.Psixoloji səbəblər
Qadının ilk cinsi patnyorundan aldığı ilkin pis təəssürat, qorxu, eləcə də seksual travmaları, həmçinin qız uşaqlarının atalarından gördüyü şiddət, qorxu, diqqətsizlik, uşaqlıq travmaları onlarda gələcəkdə ailə həyatında kişi ilə intim münasibətlərdə çox dərin problemlər yaradır.
Belə olan halda ya kişi bu qadını sevdiyindən boşamır, danlamır, başa düşür, qoruyur, amma kənarda intim münasibətlər saxlayır, qadın da bunu anlayışla qarşılayır.
Ya da hər ikisi bir birini daha da incidir, qınayır, qırır, ailədə psixoloji gərginlik hökm sürür, sonunda boşanma olur.
Sivil münasibətlərdə qadını psixoterapevtə aparıb bu şüuraltı qorxu və kökləri araşdırıb aradan qaldırmaq yolu seçilir.
Hər bir dərdin dərmanı var, əgər sağalmaq istəyirsizsə.
3.Asılılıq – "Aytişnik nikahı”
Bu psixologiyada yeni termindir. Müasir gənclər , istər qadın, istər kişi kompüter, virtual aləm, işdən o qədər asılıdırlar ki, intim münasibətlərə vaxt tapmırlar və bu onlarda vərdişə çevrilir. Yorğun halda evə gəlir, seksə belə internetdə, saytlarda baxır, sanki virtual doyublar və bu onları narahat etmir. Onlar hətta uşaq sahibi olmağı da ertələyir.
Ümumiyyətlə, iş həyatında nədənsə çox asılı olan şəxslər üçün seks axırıncı plana keçir.
Nəticə:
Əgər ailə sevgi, hörmət əsasında qurulubsa, cütlüklər həyatları boyu qarşılarına çıxan və onları seksdən soyudan məqamları uğurla birgə aşır, səbr edir, bir-birinə sadiqliyi qoruyub saxlayır.
Əgər kişi və qadın ayda bir iki dəfə cinsi aktda olursa, bu onlarda diskomfort yaratmırsa və həyatları sakit, axarında gedirsə, deməli bu onların qrafikidir.
Yox əgər ikisindən biri aktivdirsə, digəri istəmirsə, onlar bu problemi araşdırıb, mütəxəssislə aradan qaldırmalıdır.
Lakin ər-arvaddan biri seksual istəyinin digəri tərəfindən bilərəkdən ödənmədiyini düşünürsə, məsələn kişi arvadına yaxın durmayıb, kənarda digər qadınlarla başı eşq oyunlarına qarışıbsa, bu artıq qəsdən ailənin sarsılması və süni problemdir. Bu halda ciddi danışıb açıq tələbləri qoymaq, əks təqdirdə həyat yollarını ayırmaq lazımdır. Çünki son zamanlar artan qadın xəyanətlərinin səbəbi də cinsi münasibətlərin olmaması və ya süni problemlərin yaradılmasıdır.
Əgər bir ailədə normal sağlamlıq şərtləri varsa, həftədə 3 dəfə cinsi münasibət yoxdursa, o artıq ailə hesab olunmur. Çünki fiziki və psixoloji tələbat üçün normal hədd məhz həftədə 3 dəfədir.
(moderator.az)