Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ali Məhkəmə “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Meydan” TV-yə qoyulan qadağanı götürdü




Sentyabrın 10-da Ali Məhkəmədə  "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan" TV və "Meydan" TV-nin saytlarına blok qoyulmasını nəzərdə tutan qərarla bağlı verilən kassasiya şikayətinə baxılıb.

APA- xəbər verir ki, hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilmiş qərara əsasən, saytlara blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan" TV və "Meydan" TV-nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib. 

Bakı Apelyasiya Məhkəməsinin qərarından isə Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi. 
(APA)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10