Pedaqoji şuralar və valideyn birlikləri rəhbərliyin seçilməsində rol almalıdır
Türkiyə hökuməti müəllimlik peşəsi ilə bağlı yeni qanunun qəbuluna hazırlaşır. Yeni qanun məktəbləri yerləşdiyi coğrafiyaya, göstərdiyi nəticələrə görə 3 kateqoriyaya (A, B, C) ayıracaq. Kateqoriyaya görə müəllimlərin də, məktəb rəhbərliyinin də maaşı fərqlənəcək.
Məlumat üçün deyim ki, hələ 4-5 il öncə təşkilatımızın ekspert qrupu oxşar təkliflə çıxış etmişdi. Təklifin mahiyyəti bu idi ki, həm məktəblər, həm də müəllimlər göstərdikləri performansa görə fərqli maliyyə və maaş sistemi ilə əhatə olunsunlar.
Bizdə orta təhsildə, xüsusilə də müəllimlərin maaş fərqi təhsil səviyyəsinə və iş stajına görə fərqlənir. Nəticədə isə inkişafa stimullar tamamən ölür.
Əlavə olaraq, artıq məktəblərə inzibati və maliyyə muxtariyyətinin verilməsinin zamanı çatıb. Pedaqoji şuralar və valideyn birlikləri rəhbərliyin seçilməsində rol almalı, bütün orta məktəblər illk nəticələrinə və maliyyə fəaliyyətinə görə icmalara hesabat verməli, nəticələrə görə məsuliyyət daşımalıdır.
Bundan başqa, artıq müəllimlərin təşkilatlanmasının, humanitar və texniki fənn müəllimlərinin özlərinin regional və mill birliklərini yaratmasının, bu qurumlar vasitəsilə təhsil siyasətinin müəyyən edilməsində hökumətlə danışıqlarda tərəfə çevrilməsinin vaxtıdır.
(ayna.az)