Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Yalandı, boş-boş şayiələrdir...” – Əhəd Abıyevdən Zümrüd Yağmurun ittihamlarına - Cavab



“Qardaşım qızının dedikləri yalandır. Mən heç kimi döyməmişəm. Haqqımda səsləndirdiyi ittihamlar boş-boş  şayiələrdir”.

 Bunu açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qardaşı qızı Zümrüd Yağmurun Meydan TV-yə müsahibəsi zamanı onun haqqında səsləndirdiyi ittihamlara cavab olaraq deyib.

Qeyd edək ki, Zümrüd Yağmur əmisi  Əhəd Abıyevlə münasibətlərindən söz açarkən deyib: "Əhəd Abıyevlə münasibətlərimin pozulması mən 9-cu sinifdə oxuyanda baş verib. Mənim cəbhəçi olmağımla bağlı deyil. Bunun da səbəbi Əhəd Abıyevgilin mənim atamı döyməsi olub. Qardaş-qardaşı döyüb. Bu nə Fuad Qəhrəmanlı ilə bağlı olub, nə də müxalifətçi olmağımla...".  

Əhəd Abıyev Zümrüd Yağmurun ailəsində baş verənlərlə bağlı  mətbuatın onu rahat buraxmasını istəyib:

“Barəmdə deyilənlərin heç birinə daha reaksiya vermirəm. Mənim nəsə danışmağıma ehtiyac yoxdur. Fuad Qəhərmanlının Zümrüd  Yağmurun barmaqlarını qırması kimi məsələlərlə bağlı mənə sual verməyin. Əzizlərinizin canına and verirəm, məndən daha heç nə soruşmayın. Cavab verən deyiləm”.

Yenisabah.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10