SSRİ Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Fazil Rəhmanzadə çap etdirdiyi “Bu isimdə bir can” kitabında Azərbaycanın və SSRİ-nin məşhur müğənnisi Rəşid Behbudovla bağlı yazdığı məqaləsində maraqı bir detala toxunub.
R.Behbudovun həyat yoldaşı Ceyran xanım 1999-cu ildə verdiyi müsahibəsində deyib ki, SSRİ Ali Sovetinin iclasında Azərbaycan nümayəndə heyətindən heç kim iclasda iştirak edən mərhum Heydər Əliyevə yaxınlaşmır. Mərhum Rəşid Behbudov Heydər Əliyevə yaxınlaşır, öpüşüb görüşürlər. Heydər Əliyev Rəşiddən soruşur: “Nə əcəb mənə yaxınlaşdın. Axı indi hamı məndən qaçır. Salam verməyə belə cəsarət etmirlər…”
Maraqlıdır ki, Heydər Əliyevin Siyasi Bürodan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan getməsindən sonra onun SSRİ-nin ictimai həyatında iştirakı ilə bağlı az məlumat var. Mərhum prezidentin təqaüdçü həyatı sürməsi yazılarda daha çox vurğulanır.
… Halbuki mərhum prezident Heydər Əliyev 1984-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycandan deputat seçilib. SSRİ Ali Sovetinin deputatları 1984-1989-cu illər ərzində ali qanunverici orqanın üzvləri sayılıb.
XI-ci çağırış SSRİ Ali Sovetinə seçkilər 1984-cü ildə keçirilib. Azərbaycanı orada 61 deputat təmsil edib. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan Heydər Əliyev məhz Azərbaycandan deputat mandatı alıb.
Azərbaycan nümayəndə heyətinin tərkibi də çox maraqlıdır: SSRİ Ali Sovetinə Naxçıvandan 10 deputat seçilib, onlardan biri rus olub. Dağlıq Qarabağ Muxtar Vilayətindən isə 5 deputat seçilib, onlardan 3-ü erməni, 2-si azərbaycanlı olub. Bunlar Lidiya Rəsulova və Süleyman Tatlıyevdir.
Tanınmışlar sırasında SSRİ xalq artisti, drijor Niyazi, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov, xalq yazıçısı Mirzə İbrahimov da deputat mandatı alıblar.
Bunlardan başqa Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, DQMV-in rəhbəri Boris Gevorkov, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yüsifzadə, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov, Həsən Seyidov SSRİ Ai Sovetində deputat kimi Azərbaycanı təmsil ediblər.
Tale elə gətirib ki, bu tərkib SSRİ-də başlanan böyük dəyişikliklər dövründə işləməli olublar. Mixail Qorbaçov tərəfindən SSRİ-də elan edilmiş Yenidənqurma siyasəti bütün köhnə idarəçilk sistemini tərpətdi. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılanda SSRİ Ali Sovetinin bu tərkibi mövcud idi. Görünür, H. Əliyevə qarşı başlanmış təqib kampaniyası Azərbaycandan olan deputat korpusunu özlərinin keçmiş rəhbərinə qarşı mövqeyini dəyişməyə vadar edib.
Bundan başqa, 1988-ci ildə Dağlıq Qarabağa qarşı ərazi iddiaları başlanarkən bu 62 nəfərlik Azərbaycan deputat qrupunun Moskvada hansı mövqe tutması da aydın deyil. Bu deputatlar, nədənsə, Mərkəzi hakimiyyətin tənqidində maraqlı olmayıblar.
Azərbaycanı təmsil edən Heydər Əliyevə SSRİ xalq deputatları tərəfindən soyuq münasibət isə o dovrün mühitini aydın göstərən barometridr.
XI-ci çağırış SSRİ Ali Sovetinə seçilmiş Azərbaycanlı deputatların tam siyahısı aşağıdakı kimidir.
Siyahını oxuculara təqdim edirik:
- Abbasov Qurban Qulu o]lu – Naxçıvan MSSR Millətlər Sovetindən
- Abasova Lətifə Bilal
- Abdullayeva Yeganə Güləli
- Əbdurrəhmanova Mətanət Əhməd
- Əliyev Əli Nağı – Millətlər Sovetindən
- Əliyev Heydər – Millətlər Sovetindən
- Əliyev İsa – Naxçıvan
- Əliyev Şənlik Müslüm
- Əliyeva Zibar Süleyman qızı
- Əliyeva Minayə Mirzəbala qızı
- Əliyeva Həvva Xəlil – Naxçıvan
- Allahverdiyeva Minayə Qurban
- Arbatov Georgi Arkadeviç
- Bağırlı Ramiz
- Bağırov Kamran
- Bağırov Oktay
- Baybakov Nikolay
- Balayan Vazgen – DQMV
- Baruşeva Lyubov
- Behbudov Rəşid – Naxçıvan MSSR
- Brexov Konstantin
- Buqayev Boris
- Həsənova Gövhər
- Həsənova Xanımcan
- Həsənova Şamama
- Qasımov Famil
- Qurbanova Nailə
- Hüseynov Adil
- İbrahimov Hüseyn
- İbrahimov Mirzə
- İmralıyev Sərdar
- Qasımova Sünbül
- Gevorkov Boris
- Konovalov Vasili
- Kutaxov Pavel
- Mailov Afiq
- Mayorets Anatoli
- Məmmədov Rafiq – Naxçıvan
- Məmmədova Venera – Naxçıvan
- Məmmədova Nargilə
41.Mamunts Samvel – DQMV
- Medvdeyev Vadim
- Müzəffərov Sabir
- Musayev Fuad
- Musayeva Tərlan
- Muxtarov Lətif
- Nuriyeva Nərgiz
48.Orbelyan Sayda
- Popkov Mixail – Naxçıvan
- Rəsulova Lidiya
- Sadıqova Nəzakət
- Salayev Eldar
- Səmədova Qönçə
- Seyidov Həsən
- Subotin Aleksandr – Naxçıvan
- Tağızadə-Hacıbəyov Niyazi
- Tahirov Həsən –Naxçıvan
- Tatlıyev Süleyman
- Xəlilov Qurban
- Xəlilova Şüküfə
- Yüsifzadə Ziya – Naxçıvan
Azpost.info