Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qərbdə kişilik böhranı fəlakət həddinə yaxınlaşdı…


Bunu həm fizioloji, həm də mənəvi-əxlaqi mənada söyləmək mümkündür…




"Sperma böhranı" hələ baş verməyib. Lakin tendensiyaya ciddi yanaşmaq lazımdır: 30 ildən sonra Qərbdəki kişilərin əksəriyyəti sonsuz ola bilər”.
Almaniyaın "Fokus" jurnalı belə yazır.

“1970-ci illərdən bəri tədqiqatçılar kişilərdə sperma sayının davamlı azaldığını müşahidə edirlər. Son dörd onillikdə kişilərin boşalmasında sperma sayı 60% azalıb. Qüds İbrani Universitetinin alimləri cəmi 43 min kişinin iştirak etdiyi 250-yə yaxın tədqiqatı təhlil ediblər. Kişilərin boşalmasında bu gün "yalnız" 138 milyon sperma var. Halbuki, 1973-cü ildə boşalmada sperma sayı 338 milyon olub.  Bununla yanaşı, ÜST-nin məlumatına görə, boşalma tərkibindəki tərkib 39 milyon sperma hesab olunur” -nəşr qeyd edir. Buna baxmayaraq tendenisyanın davamlılığını nəzərə alaraq,  bu gün sperma sayının ildə 1.6% azalması ilə, 30 ildən sonar bir çox kişi sonsuz ola bilər. Bu, ilk növbədə Qərbin sənaye ölkələrində yaşayan kişilərə aiddir". 

Bundan əlavə, “Fokus” sperma sayının azalması yumurtalıq xərçəngi kimi bəzi xəstəliklərin inkişaf riskini artırdığını vurğulayır.

Alimlər sperma hüceyrələrinin sayının azalmasının səbəbini kişilərin həyat tərzində və ətraf mühitin təsirində görürlər. "Belə ki, plastik və ya kosmetikadan ayrılan kimyəvi maddələr qadın hormone- estrogen kimi kişi hormonlarına təsir edir  Kilolu olmaq, spirt və siqaret istehlak etmək də sperma sayına mənfi təsir göstərir "-deyə Alman nəşri yazır. 

P.S. Qərbdə, Amerika və Avropada kişiliyin həm fizioloji, həm də mənəvi-əxlaqi mənada  ağır, biabırçı böhran içində olduğunu söyləmək mümkündür…
(moderator.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10