Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında
Sentyabrın 26-da hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 26-27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.