Ayaz Arabaçını şeir sevənlərə tanıtmaq yersiz olar. Maraqlısı isə odur ki, heç şeir sevməyənlər də onun şeirlərini oxuyandan sonra şeiri sevməyə başlayır. Hər imzaısını görən insanda xoş duyğular oyanır – bilirsən ki, təzə-tər, birbaşa “doqquzluğa” ünvanlanan “zərblərin” şahidi olacan.
Eləcə də heç vaxt köhnəlməyən köhnə şeirlərini də oxuyanda özgə aləmlərə düşürsən. Elə bil o şeir yazmır, şeir onu “yazır”
Ayaz Arabaçı haqqında çox söz demək çətindir. Çünku onun haqqında ən gözəl söz elə onun öz şeirləridir.
Oxucular üçün maraqlı olacağını nəzərə alıb onun öz ifasında paylaşılan videolardan birini sizə təqdim edirik: