Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həsən Ruhaniyə Nyu Yorkda gəzmək qadağan edildi



ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu Yorkda gəzməyi qadağan edib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti BMT-nin Nyu Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə, xüsusi icazə almalıdır.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.

Qeyd edək ki, Prezident Həsən Ruhani BMT-nin 74-cü sessiyası çərçivəsində bu gün Pakistanın Baş naziri İmran Xan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

(azeuronews.com)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10