Məşhur ulduzların, eləcə də ictimaiyyətdə nüfuz sahibi olan insanların övladlarının şəxsi həyatı daim diqqət mərkəzindədir. Onların əyləndiyi məkanlar, seçdiyi geyim brendləri və s. şeylər bir çoxlarını maraqlandırır.
"People Talk" sizə Rusiyanın “qızıl gənclər”inin bahalı avtomobillərini təqdim edir:
Anastasiya Kudri
Biznesmen İqor Kudryaşkinin qızı, müğənni Nastya Kudri görüşlərə qara “Mercedes Sonderklasse”da gedir (qiyməti 10 milyon rubldan başlayır). Bundan əlavə, onun qarajında ağ “Gelandewagen” və “Mercedes” var.
Diana Manasir
Milyonçu Ziyad Manasirin qızı Diana Manasir Moskvada “Mercedes Sonderklasse”da gəzir. Onun avtomobilini şəxsi sürücüsü idarə edir. Diananın həftəsonları seçimi isə göy “Porsche Panamera” olur.
Kristina Ozimkova
“Maryina roşa” kompaniyasının rəhbəri, biznesmen Roman Ozimkovun qızı Kristina Ozimkova əvvəllər yalnız “Range Rover”də gəzib. Amma indi onun yeni sevgisi var – qara “Gelandewagen”.
Nikita Mazelin
“Uralxim” kompaniyasının direktoru Dmitri Mazelinin oğlu Nikita peşəkar yarışçıdır. Yarışlardan sərbəst vaxtda o, “Gelandewagen”də gəzir.
Yusif Ələkbərov
“Lukoyl”un həmsahibi Vahid Ələkbərovun oğlu Yusif də “Gelandewagen” fanatıdır.
Darya Andreyeva
“Qazprom”un top-meneceri Oleq Andreyevin qızı Darya həm Moskvada, həm də xaricdə göy “Bentley”də gəzir.