Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xərçəngdən daha təhlükəli beş ölümcül xəstəlik hansıdır?



Həkimlər onkoloji xəstəliklərdən daha qorxulu beş ölümcül xəstəliyin adını açıqlayıb.

Bədxassəli şişlər belə bəzən erkən diaqnoz zamanı müalicə olunur, amma bəzi xəstəliklər var ki, insan üçün bir şans belə saxlamır. 

Bunlardan biri Creutzfeldt – Jakob və ya “dəli inək” xəstəliyidir. Xəstəlik beyin və onurğa beyninə, sinir uclarına təsir edərək onları tədricən məhv edir. Bu xəstəlik nəticəsində xəstə həyat üçün vacib olan duyğulardan məhrum olur.

İkinci yerdə ölümcül yuxusuzluq gəlir. Bu, 7 aydan 3 ilə qədər davam edən, insanı tədricən öldürən, hallüsinasya və panik-ataklarla müşahidə olunan irsi xəstəlikdir.

Növbəti yerə həkimlər vəhşi heyvanların dişləməsi nəticəsində orqanizmə yaradan daxil olan infeksiya nəticəsində yaranan quduzluğu qoyur. İnkubasiya müddəti bir neçə gündən üç aya qədər davam edir.

“Federal Xəbər Agentliyi” bildirir ki, iki həftə ərzində quduza yoluxmuş şəxs peyvənd olunmazsa, quduzluq müalicəolumaz mərhələyə keçir və xəstə ürək iflici, ya da nəfəs darlığından ölür.

Digər ölümcül xəstəlik Marburg hemorraq qızdırmasıdır ki, başqa adı “yaşıl meymun xəstəliyi”dir. İnfeksiya bədənə açıq yara və selikli qişa vasitəsilə daxil olur. Xəstənin temperaturu kəskin şəkildə yüksəlir, bir neçə gün sonra qarnı ağrıyır və ikinci həftədə xəstə infeksiyadan, toksik şokdan ölür.

“Top 5-liy”i irsi “proqressiv fibrodisploziya” xəstəliyi bağlayır ki, onun da nəticəsində əzələlərin, bağların və vətərlərin sümükləşməsi baş verir. Zaman keçdikcə sümükləşmələr dəri üzərindən də görünməyə başlayır və nə əməliyyat, nə də  müalicə nəticə verir.(Oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10