Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nəvəsi Çaplin haqqında film çəkir Çarli Çaplinin nəvəsi, aktrisa və rejissor Karmen Çaplin babası haqqında film çəkir.



Rus mətbuatının vediyi xəbərə görə, “Çarli Çaplin- dünya adamı” adlanacaq sənədli film 2020-ci ilin ilk yarısında çəkiləcək.

Prodüserlərin sözlərinə görə, əfsanəvi Çaplinin yaradıcılığında qaraçı izi prizmasından yanaşılacaq, lentə Çaplinin filmlərindən parçalar, animasiya elementləri, rejissorun uşaqları və qaraçı mədəniyyətinin müxtəlif təmsilçiləri ilə müsahibələr daxil ediləcək.

Xatırladaq ki, Çaplin avtobipoqrafiyasında atasının və anasının valideynlərindən birinion qaraçı olduğunu yazıb. O, tərcümeyi-halında Staffordşird parklarından birində qaraçı furqonunda doğulduğunu da qeyd edib. Karmen Çaplinin sözlərinə görə, atası qaraçı kökləri ilə fəxr edirdi və eyni zamanda bunu lazımınca qiymətləndirmirdi.

(kulis.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10