Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Qızım qaçırıldı" deyən ata efirdə həbs olundu - Dəhşətli əməli ortaya çıxdı (VİDEO)





Türkiyənin ATV kanalında yayınlanan Esra Erolun verilişində qızını axtaran 65 yaşlı ata haqqında ortaya çıxan gərçəklər hər kəsi şoka salıb.  

Türkiyə KİV-i xəbər verir ki,  canlı yayına edilən zənglərdən məlum olub ki, Nail Kurt adlı kişi əlil qızını pul qarşılığı başqaları ilə cinsi əlaqəyə məcbur edib. Polislər telekanala daxil olaraq yaşlı kişini oradaca tutublar. 

Məlumat üçün bildirək ki,  65 yaşlı Nail Kurt Esra Erolun verilişinə müraciət edərək 50 faiz əlil olan 23 yaşlı qızı Ceylanın qaçırıldığını iddia edib. Nail Kurdun canlı yayıma çıxdığı ilk gün Esra Erol heyəti gələn məlumatları toplayaraq dəyərləndirib. Növbəti yayım günündə də verilişə Nail Kurtla bağlı çoxsayda şikayətlər daxil olub. Onun əlil qızını pul qarşılığında kişilərlə cinsi əlaqədə olmağa məcbur edildiyi ortaya çıxıb. 

Hətta 65 yaşlı Hulusi Boncuk adlı şəxs qızı yaşında olan əlil Ceylan ilə bir vaxtlar birlikdə olduğunu və bunun qarşılığında atası Nail Kurta 10 min manat pul verdiyini etiraf edib. 

 (unikal.org)



  • "Qızım qaçırıldı" deyən ata efirdə həbs olundu- Dəhşətli əməli ortaya çıxdı  (VİDEO)
  • "Qızım qaçırıldı" deyən ata efirdə həbs olundu- Dəhşətli əməli ortaya çıxdı  (VİDEO)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10