Mükafatlandırılma mərasimi Milanda keçirilib
İspaniyanın "Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən "İlin ən yaxşı futbolçusu" elan edilib.
Bu barədə TASS xəbər verir.
Qeyd edilir ki, mükafatlandırılma mərasimi Milanda keçirilib.
İlin ən yaxşı futbolçusu adına həmçinin "Yuventus"un portuqaliyalı hücumçu Kriştian Ronaldu və "Liverpul"un müdafiəçisi Vircil van Deyk namizəd olublar.
(ayna.az)