Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitleri dünyanın başına bəla edən yalan ustası... - FOTOLAR



Hitler təkcə Almaniyanı deyil, bütün dünyanı silkələyəcək dəhşətli təcrübələri həyata keçirmək istəyəndə tək deyildi. Bütün bunları planlaşdıran şəxs isə başqası idi.

Cozef Goebbels…

1897-ci ildə anadan olan Goebbels gənclik illərində təhsili kənara qoyub, jurnalistikaya üz tutub. O, kiçik oyunlarla, fırıldaqlarla gündəlik yaşamını sürdürməyə çalışıb. Goebbelsin ən ilginc özəlliklərindən biri də onun Aryan irqinə dərindən bağlı olması idi.

Cozef Goebbels 27 yaşında nasist partiyasına rəsmi şəkildə üzv olub. Partiyaya qoşulduqdan sonra özü kimi olan hər kəsə nifrət etməyə başlayıb.

Sırada Hitlerin gözünə girmək var idi. O, 1926-cı ildə Hitler ilə yaxından tanış oldu. Bir neçə saatlıq söhbətin ardından Cozef artıq Hitler üçün əvəzolunmaz bir adama çevrilmişdi.

Hitler onun nasist partiyası üçün çox önəmli işlər görə biləcəyini düşünməyə başlamışdı. Hitler Goebbelsi təltif etdi və ona Berlin nasist təşkilatını ələ almağı təklif etdi. Berlinə o vaxtlar “qırmızı” deyilirdi, buna görə də Goebbels uğur qazanmaq istəyirdisə, bu sərt solçu şəhərdə olmalı idi.


Cozef nasist təbliğat bölməsinə rəhbərlik etdi və Berlində zorakılığın ən yaxşı dostu olduğunun fərqinə vardı. Küçə çıxışlarında qurduğu cümlələr ilə artıq əsl siyasət adamı olduğunu göstərmişdi. Qısa müddət ərzində o qədər tanındı ki, nasist partiyasında Hitlerdən sonra onun adı gəlirdi.


Siyasətdə Goebbelsin təsiri ilə təbliğat getdikcə aqressivləşdi. 1933-cü ildə Hitler bütün təbliğat materiallarının yayılması üçün Goebbelsi vəzifələndirdi. Radiolar təbliğat yayırdılar və mədəniyyət mərkəzlərinin hər küncü Goebbelsin təxribatçı mesajları ilə dolu idi.


Hakimiyyət ambissiyası artdıqca, təbliğat yalanları da artdı və insanları həvəsləndirmək üçün izah olunmayan tədbirlər başladı. Goebbels insanları cahil etmək üçün əlindən gələni edirdi və bunu da çəkinmədən söyləyirdi.


Almaniyanı fəlakətə aparan qərarlarla yanaşı, kitablar, sənət əsərləri, Goebbels tərəfindən bəyənilməyən mahnılar yoxa çıxırdı və nasistləri tərifləyən sənətçilər üçün xüsusi büdcələr ayrılırdı. Ağlasığmaz ödənişlər edilir və təbliğat üçün insanlara təsir edən əsərlər çəkilirdi.

Bu əsərlərin hər kəs tərəfindən izlənməsi üçün radiolar ucuzlaşdı, hətta kinoteatrlar kiçik kəndlərə getdi, pulsuz sərgilər açıldı.


Hitlerin arxasındakı pis düşüncəli, yalanları ilə ona yön verən Goebbels tarixdə bir nömrəli yalan ustası olaraq yerini alıb. Çox təəssüf ki, o, söylədiyi yalanların, apardığı yalnış təbliğatların bir çoxunda da bacarıqlı olub.

(musavat)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10