Sentyabrın 22-də Lənkəranda Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlının evində keçiriləcək yığıncağa polis müdaxilə edib.
Hadisə yerinə polis əməkdaşları və mülki geyimlilər cəlb olunub.
Polis rəisinin müavini Faiq İlyasov toplantının keçirilməyinə icazə verilməyəcəyini bildirib.
Polis rəsinin müavini Faiq İlyasov
Gülağa Aslanlı polisin və mülki geyimlilərin onlara təzyiqi haqqında feysbuk hesabında yazıb.
O bildirib ki, polislər ona həm fiziki həm də mənəvi şiddət ediblər.
Onun sözlərinə görə, polis ona kobud rəftar göstərək maşına oturdub, eyni zamanda təhqiramiz ifadələrə yol verib, zor tətbiq edib.
Arqument.az saytının baş redaktoru, jurnalist Şəmşad Ağa hadisəni video ilə qeydə almağa çalışsa da, polislər ona qarşı da zor tədbiq edib, mane olublar.
Gülağa Aslanlı bildirib ki, hadisə ilə bağlı sabah Daxili İşlər Nazirliyinə (DİN) və Baş Prokurorluğa rəsmi müraciət edəcək.
Yadigar Sadıqlı jurnalist Şəmşad Ağaya verdiyi açıqlamada bildirib ki, bu tip yığıncaqları keçirmək siyasi partiyaların hüququ olmaqdan əlavə eyni zamanda borcudur.
"Biz Ədliyyə Nazirliyində qeydiyyatdan keçərkən imzaladığımız nizamnəmədə göstərilir ki, 2 ildən bir yerli təşkilatların iclasları olmalı və yeni sədr seçilməlidir. Və qanunun tələbinə görə bu iclaslar keçirilmədikdə hökümət bu iclasların keçirilməyini tələb etməlidir. Ancaq biz keçirtmək istəyirik, onlar bizə icazə vermir...", - Yadigar Sadıqlı bildirib.
O deyib ki, polisin müdaxiləsi nəticəsində yığıncaq baş tutmayıb.
Vüqar Mirzəbəy
toplum.tv