Ürək-damar sisteminin normal fəaliyyəti üçün gənclər gündə azı 10 min, nisbətən yaşlılar isə 5-7 min addım atmalıdırlar.
(qafqazinfo.az)
Həkimlər gün ərzində avtomobillərdən imtina edərək piyada gəzintiyə üstünlük verməyi məsləhət görürlər. Gün ərzində gənclər 10, orta yaşlılar 5-7, yaşlılar isə 5 mindən az addım atırlarsa, ürək-damar sistemi zəifləyir. Üstəlik, belə insanlarda piylənmə, diabet, arterial təzyiq və ürək xəstəlikləri riski yüksək olur.
Alimlərin fikrincə, gündə 3 dəqiqə piyada gəziriksə, qan təzyiqi azalır, 5 dəqiqə piyada gəziriksə, əhvalımız yüksəlir, 10 dəqiqə yaradıcı düşüncəmizi itiləyir, 15 dəqiqə qanda şəkərin miqdarını salır.
Qeyd edək ki, 22 sentyabr – Ümumdünya Avtomobilsiz Gün kimi qeyd olunur.
(qafqazinfo.az)