Deyəsən, Ermənistanda “vor-zakon”ların, yəni “qanuni oğru”ların sonu gəlir.
Rusiya mediasında verilən xəbərdə deyilir ki, işğalçı ölkə hökuməti parlamentə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edib.
Erməni blogerlərdən biri bu haqda belə yazır:
“Bu layihəni şərti olaraq "qanuni oğrular haqqında qanun" adlandırmaq olar. Beləliklə, qanun layihəsinin 223.1-ci maddəsi "Daha yüksək cinayətkar statusu vermək, almaq və ya saxlamaq" adlanır. Bildirilir ki, cinayət vəziyyətinin ən yüksək statusunun verilməsi və ya alınması, yaxud saxlanması əmlakı müsadirə olunmaqla və ya olmadan 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanun qəbul olunarsa, "qanuni oğru" olmaq və ya belə bir adın verilməsi əslində cinayət sayılacaq və belə şəxslərə 10 ilədək həbs cəzası veriləcəkdir. Bildiyimə görə, “vor-zakon” adı yalnız postsovet respublikalarında qəbul edilir. Digər ölkələrdə isə əgər bu bədii uydurma deyilsə, "xaç ataları" olur.
Çox güman ki, indi "qanuni oğrular" Ermənistandan qaçmağa başlayacaqlar ki, bu da ölkədə cinayətkarlıq səviyyəsinin aşağı düşməsinə səbəb olacaq”- erməni bloger belə deyir.
(moderator.az)