Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bəyi toy gecəsi öldürdülər - Ən xoşbəxt günü, son günü oldu-FOTOLAR


Türkiyənin Qaziantəp rayonunda iki ay öncə qız qaçıran gənc toyu gecəsi həyat yoldaşının dayısı və qardaşı tərəfindən boğazı kəsilərək qətlə yetirilib. 

Gəlin maşının arxasına “Sevmək, sevilmək, yaşamaq və yaşatmaq var” sözləri yazdıran bəyin ölüm xəbəri ürəkləri dağladı. Hadisə zamanı bəyi anası da bıçaqlanıb və həri ikisi dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq bəyi xilas etmək mümkün olmayıb. Bununla da ən xoşbəxt günü, son günü olan bəyin meyitini morqa aparıblar. Anasının isə xəstəxanada müalicəsi davam etdirilir.

Hadisəylə bağlı polis dərhal araşdırmaya başlayıb və qətli törədələrin həbs edilməsi istiqamətində işlər davam edir. 

(moderator.az)









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10